IQNA

Sionist rejimin Livana təcavüzündə şəhid sayı 2759 nəfərə yüksəldi

12:07 - May 11, 2026
Xəbər sayı: 3500320
İQNA – Livan Səhiyyə Nazirliyi, sionist rejimin 2 mart 2026-cı ildən bu yana ölkəyə qarşı törətdiyi vəhşi hücumlarda 2759 nəfərin şəhid olduğunu, 8512 nəfərin isə yaralandığını bildirib.

“İQNA”-nın “əl-Cəzirə”yə istinadən verdiyi xəbərə görə, Livan Səhiyyə Nazirliyi açıqlayıb ki, ötən ilin mart ayının 2-də atəşkəsin pozulmasından sonra sionist rejimin təcavüzü nəticəsində şəhid sayı 2759 nəfərə çatıb.

Livan Səhiyyə Nazirliyinin hesabatına əsasən, bu hücumlarda indiyədək 8512 nəfər yaralanıb.

Nazirlik vurğulayıb ki, işğalçı ordunun Livana təcavüzkar hücumlarında son 24 saat ərzində 32 nəfər şəhid olub, 74 nəfər isə yaralanıb.

Bu statistika, Livanda atəşkəsin pozulması və sionist rejimin işğalçı tədbirləri davam edərkən, Hizbullahın onlara qarşı qətiyyətli və sarsıdıcı cavabının da sürdüyü bir zamanda yayılır.

4351088

Teqlər: sionist rejim ، livan ، şəhid ، təcavüz
captcha