“İQNA”-nın verdiyi xəbərə görə, Beynəlxalq Atom Enerjisi Agentliyinin keçmiş baş direktoru və Misirin sabiq vitse-prezidenti Məhəmməd Əl-Bəradeyi sionist rejiminin nüvə silahlarını tənqid edərək, X platformasındakı hesabında istehzalı bir dillə Təl-Əvivin döyüşkənliyinə və gizli nüvə arsenalına işarə edərək yazıb: "İsrail heç bir şübhə olmadan sübut edib ki, sülh axtarır, əlbəttə ki, hər kəsin bildiyi nüvə arsenalına sahib olmaq ona "haqdır"!"
Atom Enerjisi Agentliyinin keçmiş rəhbəri sionist rejiminin başqalarına qarşı təcavüzkar hərəkətlərinə toxunaraq yazıb: "Bir növ tarazlıq və ya çəkindirməyə nail olmaq üçün regionda yalnız öz nüvə qabiliyyətini inkişaf etdirməyə "həvəsində" şübhəli bilinən hər hansı bir ölkəyə qarşı müharibə aparmaq lazımdır..."
Əl-Bəradeyi yazıb: "Yaxın Şərqdə nüvə aparteidi rejimi və balanssız təhlükəsizlik sistemi, davam edərsə, gec ya tez qaçılmaz olaraq hamıya hücum edəcək... "Sülh sazişlərini" imzalayan ərəb ölkələri regionumuzun milli təhlükəsizliyi üçün bu ekzistensial təhdid qarşısında hardadırlar?!"
Agentliyin bu keçmiş rəsmisi daha sonra başqa bir mesajda fikir və baxışlarını izah etmək və sionist rejimini ələ salaraq yenə yazıb: "İsrail sülh üçün təsdiqlənmiş bir qüvvə kimi nüvə arsenalına sahib olmaq haqqına malikdir, lakin regionda başqa hər kəs simmetriya və çəkindirmə məqsədilə nüvə qabiliyyətini inkişaf etdirmək ambisiyasına malik olma şübhəsi ilə bombalanmalıdır... Gözlərimiz önündə gec ya tez partlayacaq olan neo-müstəmləkəçi və irqçi silahlara nəzarət rejimi..."
Məhəmməd Əl-Bəradeyi şənbə günü başqa bir mesajında da beynəlxalq ictimaiyyətin və regionun ərəb ölkələrinin sionist rejiminin Qəzzədəki cinayətləri və Qərb Sahilindəki yəhudi köçkün qəsəbələri qarşısında passivliyini kəskin şəkildə tənqid etmişdi.
4351645