IQNA

İİR İmam Əli (ə) hərəmində keçiriləcək 6-cı beynəlxalq kitab sərgisində iştirak edir

8:45 - February 10, 2014
Xəbər sayı: 1373321
Beynəlxalq qrup: Nəcəfdə İmam Əli (ə) ziyarətgahının müdiriyyətinin təşəbbüsü ilə keçirilən 6-cı beynəlxalq kitab sərgisi 2014-cü ilin mart ayının 5-də İran İslam Respublikasının iştirakı ilə Nəcəf-Əşrəfdə keçiriləcək.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Həzrət İmam Əlinin (ə) ziyarətgahının rəsmi saytına istinadən verdiyi xəbərə görə İraqın Nəcəf-Əşrəf şəhərində İmam Əli (ə) ziyarətgahının müdiriyyətinin təşəbbüsü ilə keçirilən 6-cı beynəlxalq kitab sərgisi 2014-cü ilin mart ayının 5-də İran İslam Respublikasının iştirakı ilə Nəcəf-Əşrəfdə keçiriləcək.
Səgrinin keçirilməsini proqramlşadıran komitənin verdiyi məlumata əsasən müxtəlif İslam ölkələrindən 150 nəşriyyat və kitab çapı müəssisələri bu sərgidə iştirak edəcəklər. Səgrinin keçirilmə müddəti 10 gün olacaqdır.
Sərginin keçilməsi komitəsinin üzvi Haşim Məhəmməd Məhəmməd Baqir deyib: “Bu il Livan, Misr, Ordon, Küveyt, İran, Holland və digər xarici və daxili nəşriyyatlardan sərgidə iştirak edəcəklər”.
Səgri ziyarətgahın İmam Hüseyn (ə) eyvanında keçiriləcəkdir.
Sərginin yeni qanunlarına görə başqa milli hakimiyyət, məzhəbçi və firqəçi şüarlar və din və məzhəbləri təhqir edən yazıları ehtiva edən kitablar sərgiyə buraxılmayacaq.

1372985

captcha