IQNA

Ayətullah Cavadi Amuli:

Dinin təbliği siyasi problem və təbliğatlara bulaşdırılmamalıdır

12:55 - February 15, 2014
Xəbər sayı: 1375176
Siyasi qrup: Ayətullah Cavadi Amuli – (şiələrin dini təqlid mərcəsi) İslam dininin dünya səviyyəsində təbliğində və dini maarifləndirmə işlərinin aparılmasında Sünni və Şiələrin müştərək nöqtələrinə diqqət olunmasının zəruriliyini vurğulayaraq dedi: “Məzhəbin təbliğini siyasi problemlərə bulşadırmamalı və Şiəlik maarifini dünyada İslam adına təbliğ etməliyik”.

İQNA – nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Qum şöbəsinin verdiyi xəbərə görə Ayətullah Cavadi Amuli – (şiələrin böyük təqlid mərsələrindən biri) Fevral ayının 13-də Qumun “İsra” müəssisəsində “Alman Şiələri Birliyi” təşkilatının rəisi ilə görüşündə şiəlik maarifinin dünyada təbliğ olunmasının zəruriliyini vurğulayaraq dedi: “Dinin əsasları Quran və Əhl-Beyt (ə) maarifi əsasında dünyada təbliğ edilməlidir. “Nəhcül-Bəlağə” təbliğ zamanı şiə ruhanilərinin əsas rəhbəri olmalıdır. Çünki Seyid Rəzi öz ağılı və zəkası ilə bu misilsiz əsəri ixtilaf və təfriqə yaradan amillərdən uzaq saxlamışıdr”. Ayətullah Cavadi Amuli İslamın dünyada və xüsusilə də Qərbdə genişləndirilməsi barədə əlavə etdi: “İslam dininin dünya səviyyəsində təbliğində və dini maarifləndirmə işlərinin aparılmasında Sünni və Şiələrin müştərək nöqtələrinə diqqət olunması zəruridir və məzhəbin təbliğini siyasi problemlərə bulşadırmamalı və Şiəlik maarifini dünyada İslam adına təbliğ etməliyik. Çünki şiə maarifi xalis Məhəmməd (s) İslamı və həqiqi İslamdan qaynaqlanır”. Ayətullah vurğuladı: “Elmin inkişafı insanların dinə meylinə mane ola bilməz. Bəlkə elmin inkişafı dini inancların daha da dərinləşməsinə səbəb olacaqdır. Xüsusilə də bu gün ki, qərb dünyası müxtəlif sahələrdə inkişafına baxmayaraq şəhvət dəryasında üzməkdən və adam öldürməkdən cana doymuşdur. Əhl-Beyt (ə) məktəbi zorakılıq və müharibədən xilas olmaq üçün çıxış yoludur. İslam və Əhl-Beyt (ə) maarifi qərb üçün yenidir və dünya bilməlidir ki, Əhl-Beyt (ə) məktəbi onları zorakılıq və müharibələrdən xilas edə bilər”.

1374828

captcha