IQNA

Afrikalı ifratçı məsihilər paytaxtın məscidini qarət etdilər

8:48 - April 29, 2014
Xəbər sayı: 1400900
Beynəlxalq qrup: "Anti Blaka" ifratçı məsihilər həftənin bazar günü, aprel ayının 27-də Banguişəhərinin mərkəzi məscidinə hücum edərək bu müqəddəs ibadət məkanını qarət ediblər.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "985fm.ca" internet xəbər saytına istinadən verdiyi xəbərə görə"Anti Blaka" ifratçı məsihilər həftənin bazar günü, aprel ayının 27-də Banguişəhərinin mərkəzi məscidinə hücum edərək bu müqəddəs ibadət məkanını qarət ediblər.
Verilən xəbərlərə görə Mərkəzi Afrika müsəlmanlarının son varisləri həftənin bazar günü aprel ayının 27-də Afrika və Fransa Sülh Qüvvələri əsgərlərinin mühafizəsi altında Bangui şəhərini tərk ediblər.
Bunun ardınca isə "Anti Blaka" ifratçı məsihilər məscidə hücum edərək bu müqəddəs ibadət məkanını qarət ediblər. Onlar məscidinin döşənəcək və səsləndirmə alətlərini qarət etdikdən sonra qalan əşyaları və dini kitabları məscidin həyətində yandırıblar.
Onlar bu məscidinin divarlarına "Mərkəzi Afrikanı müsəlmanlardan təmizləyəcəyik" şüarları yazıblar. Sonra isə məscidinin adını dəyişərək "məsihi cavanların mərkəzi" qoyublar.
Afrika və Fransa Sülh Qüvvələri əsgərləri ifratçıların bu əməllərini qarşısında susublar.

1400442

captcha