IQNA

İraqda 10 nəfər ziyarətçi şəhid edildi

8:31 - May 05, 2014
Xəbər sayı: 1403182
Beynəlxalq qrup: Onuncu imam Həzrət İmam Əli bin Muhəmməd Əl-Hadinin (ə) şəhadəti günü O həzrətin (ə) ziyarətinə gedən ziyarətçilər terrorçuların hücumuna məruz qalıblar. Zairlərə üç dəfə hücum edilib ki, nəticədə 10 nəfər şəhid edilib və 29 nəfər yaralanıb.

Beynəlxalq Quran Xəbər Agentliyinin (İQNA) "əl-aləm" peyk kanalının rəsmi  internet xəbər səhifəsinə istinadən verdiyi xəbərə görə may ayının 3-də Onuncu imam Həzrət İmam Əli bin Muhəmməd Əl-Hadinin (ə) şəhadəti günü O həzrətin (ə) ziyarətinə gedən ziyarətçilər terrorçuların hücumuna məruz qalıblar. Zairlərə üç dəfə hücum edilib ki, nəticədə 10 nəfər şəhid edilib və 29 nəfər yaralanıb.
Qeyd edək ki, O Həzrətin (ə) ziyarətinə gedənlərin sayının çox olduğundan karvanların qorunması üçün İraq dövləti təhlükəsizlik tədbirlərini gücləndirmişdi. Ziyarətdə yaxın və uzaq şəhərlərdən və həmçinin xarici ölkələrdən bir milyon nəfərdən çox insan iştirak edib.
Verilən xəbərə görə maskalı adamlar "Bild" şəhərinin və Bağdadın şimalının 80 km-liyində də zairlərə hücum ediblər. Bu hücumda yeddi nəfər şəhid və 15 nəfər yaralanıb.
Həmçinin Samirra şəhərinin yaxınlığında da zairlərə hücum olub və 1 bir şəhir edilib və 9 nəfər yaralanıb.

1402877

captcha