İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "fars" xəbər agentliyinə istinadən verdiyi xəbərə görə şiələrin aliməqamlı mərcəsi, Rəbbani alim həzrət Ayətullah Seyid Məhəmmədbaqir Şirazi həftənin ikinci günü (13 may) əsrvaxtıTehranın İmam Rza (ə) xəstəxanasındaİlahi rəhmətə qovuşmuşdur.
Mərhum Ayətullahın oğlu Höccətul-İslam vəl-müslimin Seyid Mürtəza Şirazi İQNA-ya verdiyi müsahibəsindədeyib ki, şiələrin aliməqamlı mərcəsi, rəbbani alim həzrət Ayətullah Seyid Məhəmmədbaqir Şirazinin mübarək cənazəsi Cümə günü (16 may) Həzrət İmam Rzanın (ə) müqəddəs hərəmində dəfn olunacaqdır.
Cənazənin "təşyi" mərasimi yerli vaxtla sübh saat 9-da Ayətullah Məşhəddəki dəftərxansının önündən başlayaraq İmam Rzanın (ə) hərəminə tərəf hərəkət edəcək və Şeyx Bəhainin (r.ə) qəbrinin kənarında dəfn olunacaqdır.
Qeyd edək ki, Ayətullah Şirazinin vəfatı münasibətilə dünən Fars əyalətinin bütün dini mədrəsələri tətil və ümumi əza elan etmişdi.