IQNA

Mərakeş BƏƏ-nin "Ən gözəl Qurani səslər" müsabiqəsinin qalibi oldu

12:23 - July 19, 2014
Xəbər sayı: 1430891
Beynəlxalq qrup: BƏƏ-nin Dubay şəhərində keçirilən "Ən gözəl Qurani səslər" (Əcməlul-Əsvat) beynəlxalq müsabiqəsinin qalibi Mərakeşin bu yarışlarda iştirak edən nümayəndəsi "Məaz Ədduvəyk" oldu.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "cədid əlyəvm" xəbər saytına istinadən verdiyi xəbərə görə İyul ayının 17-də BƏƏ-nin Dubay şəhərində keçirilən "Ən gözəl Qurani səslər" (Əcməlul-Əsvat: «أجمل الأصوات») beynəlxalq müsabiqəsinin yekun mərasimində yarışların beş qalibi mükafatlandırılıb.
Bu mərasimdə Məaz Ədduvəyk Mərakeşdən, Əli Müəllim Əli Tanzaniyadan, Ömər bin Hüseyn İsa Ərəbistandan, Məhəmməd Xalid Yasin Məhəmməd Yəməndən və Məhəmməd Eyd Əlfəval Livandan yarışlarda uğur qazanmış ilk beş yerin qalibi kimi mükafatlandırdılar. 
Qeyd edək ki, "Ən gözəl Qurani səslər" (Əcməlul-Əsvat)  müsabiqəsi BƏƏ-nin Dubay Mükafatı Beynəlxalq Quran Yarışlarının 18-ci turunun haşiyəsində keçirilirdi. Gözəl səs yarışında Dubay Mükafatı müsabiqəsinə qatılmış 10 nəfər yarışçı müxtəlif ölkələrdən  və beş yarışçı isə BƏƏ-nin vətəndaşı idi.
Mükafatlandırma mərasiminin haşiyəsində Dubayın "Dubay SMA", "Noor Dubay", "Əbu Zəbi", "Əcman", "Rəsul-xeymə", "Əlməcd", "Əssəlam" peyk kanalları və bir neçə radio şəbəkələri, o cümlədən "Radio Quran Əbu Zəbi", "Ümmul-Qəyvin", "Radio Əlfəcirə" və "Rəsul-xeymə" radioları da yarışları ətraflə işıqlandırdıqları üçün mükafatlandırdılar.

1430752

Teqlər: üçün
captcha