IQNA

"Amerika Müsəlmanları Konqresi" tərəfindən keçiriləcək;

Dallasda Quran-Kərim yarışlarının ikinci turu

12:07 - August 02, 2014
Xəbər sayı: 1434971
Beynəlxalq qrup: "Amerika Müsəlmanları Konqresi" tərəfindən Teqzasın (Texas) Dallas şəhərində Quran-Kərim yarışlarının ikinci turu keçiriləcək.

 

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "muslim congress" xəbər agentliyinə istinadən verdiyi xəbərə görə "Amerika Müsəlmanları Konqresi" tərəfindən Teqzasın (Texas) Dallas şəhərində Quran-Kərim yarışlarının ikinci turu keçiriləcək. Bu yarışlar 2014-cü ilin Avqust ayının 9 və 10-da (həfətinin şənbə və bazar günləri) Amerika Müsəlmanları Konqresinin 10-cu illik toplantılarının haşiyəsində həyata keçiriləcəkdir.
Yarışlarda iki yaş qrupu iştirak edəcəkdir. Birinci yaş qrupunda 16 yaşından aşağı və ikinci yaş qrupunda isə 16 yaşından yuxarı yaşda olanlar iştirak edəcəklər. Yarışlar Quranın hifzi, peşəkar qiraət və təfsir ixtisasları üzrə keçiriləcəkdir. Quranın hifzi üçün 16 yaşdan aşağı üçün bir cüz Quran və ikici qrup üçün isə istənilən iki ardıcıl cüzdən iştirak icazəlidir. Həmçinin Qitaət üçün 30-cu və 29-cu cüzlər nəzərdə tutulmuşdur. Təfsir yarışları isə Quranın Loqman və Cümə surələrindən olacaqdır. 
Qeyd edək ki, Amerika Müsəlmanlarının 10-cu milli konqresi "İslami irs xəvaric və təkfirçilərinin hücumları altında" mövzusunda avqust ayının 9-dan 11-dək keçiriləcəkdir.
"Amerika Müsəlmanları Konqresi" qeyri-dövləti (QHT) bir qrumdur ki, müsəlmanların köməyi ilə idarə olunur. Bu təşkilat 2005-ci ildə Peyğəmbər (s) və Əhl-Beyt (ə) tərəfindən bizə yadigar qalmış İslam Maarifini yaymaq üçün öz fəaliyyətinə başlamışdır.
Teqlər: quran ، amerika ، yarış ، olempiyada ، hifz ، qiiraət
captcha