İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əl-aləm" peyk xəbər TV kanalına istinadən verdiyi xəbərə görə Şeyx Şövqi Əllam televiziya ilə müsahibəsində vurğuladı: İŞİD ünsürləri İslam adına danışırlar. Bir haldaki İslam şəriəti onların əməllərindən bizardır. İŞİD-çilərin İradakı cinayət əməlləri heç bir cəhətdən "cihad" adlana bilməz.
O əlavə etdi: "Hal-hazırda İslam adına və müsəlmanlar əleyhinə "cihad" adı altında törədilən cinayət əməllərinin İslamla heç bir əlaqəsi yoxdur və İŞİD-çilərin əməlləri "cihad" deyil və bu kimi əməlləri cihad adlandırmaq olmaz! Bu kimi işlərə "ciha" deyilərsə, "cihad" məfhumunda dolaşıqlıq yaranacaqdır, buna görə "İslami Cihad" doğru şəkildə tərif və təfsir olunmalıdır".
Həmçinin Qahirənin "Əl-Əzhər Universiteti"nin bəzi ustad və tədqiqatçıları da İŞİD terrorist qruplaşmasının Amerikanın əli ilə yaradıldığını vurğulayaraq bu terrorist qruplaşmanın yaradılmasını səbəbini müsəlmanlar arasında fintəni gücləndirmək və regionda sabitliyin pozulması kimi dəyərləndiriblər.
Əl-Əzhər Universitetinin Dini Elmlər Professoru Əmin Ələvi bu barədə deyib: "İŞİD terrorist qruplaşmasını Əhl-Sünnə özündən bilmir və qəbul etmir. Çünki İŞİD-çilərin təfəkkür tərzi eyni ilə 4-cü xəlifə İmam Əliyə (ə) qarşı çıxmış və O həzrəti şəhid etmiş "Xəvaric" dəstəsinin təfəkkürüdür.
Əl-Əzhər Universitetinin Dini Elmlər mütəxəssisi Şeyx Nəbil Nəim bu barədə deyib: İŞİD Amerika və başqa imperialist qüvvələri tərəfindən düzəldilib və onların əlində oyuncaqdır. Təssüflər olsun ki, bəzi müsəlman ölkələri də Amerika və bəzi başqa ölkələrin oyuncağına çeviriliblər.
Qeyd edək ki, Misir ictimaiyyətinin müxtəlif təbəqələri İŞİD-çilərin cinayətkar əməllərini məhkum edib və onların təfəkkür tərzinin Ərəb ölkələrində yayılması barədə ciddi xəbərdarlıq ediblər.