İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İran İslam İnqilabının Ali Məqamlı rəhbəri və Şiələrin Ali Dini Lideri Həzrət Ayətullah-Üzma Seyid Əli Xameneini dəftərxanası və əsərlərinin qorunub saxlanılması və nəşri idarəsinin rəsmi saytına istinadən verdiyi xəbərə görə "İslam alimləri Fələstin müqavimətini himayə edir" toplanışında iştirak edən və İslam dünyasının müxtəlif yerlərindən olan alimlər heyəti bu gün sübh (10 sentyabr) xəstəxanaya gedərək keçən gün yüngül cərrahiyyə əməliyyatı keçirmiş Şiələrin Ali Dini Lideri Həzrət Ayətullah-Üzma Seyid Əli Xameneini ziyarət ediblər.