IQNA

Türkiyə Latın Amerikasının din alimlərini toplantıya dəvət etdi

22:34 - September 16, 2014
Xəbər sayı: 1450851
Beynəxalq qrup: Türkiyə cümhuriyyətinin Diyanət İşləri Bakanlığı Latın Amerikasının din alimlərini cari ilin Noyabr ayında keçiriləcək dünya müsəlmanlarının bir-biri ilə rabitə və əlaqə yaratması məqsədi güdən bir toplantıya dəvət etdi.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "World Bulletin" internet xəbər saytına istinadən verdiyi xəbərə görə Türkiyə cümhuriyyətinin Diyanət İşləri Bakanlığı Latın Amerikasının din alimlərini cari ilin Noyabr ayında keçiriləcək dünya müsəlmanlarının bir-biri ilə rabitə və əlaqə yaratması məqsədi güdən bir toplantıya dəvət etdi.



Türkiyə cümhuriyyətinin Diyanət İşləri Bakanlığı tərəfindən planlaşdırılmış bu toplantı, dünya müsəlmanlarının bir-biri ilə sıx əlaqə saxlaması proqramları çərçivəsində həyata keçirilir.



Toplantıda Avrasiya İslam Şurası, Afrika Din Alimləri Birliyi, Avropa Müsəlmanları Birliyi, Balkanlar üzrə dini rəhbərlər, Dünya Müsəlman Alimlərinin Sülhi təşkilatının üzvləri və s... iştirak edəcəklər.



Məhmət Görməz - Türkiyə cümhuriyyətinin Diyanət İşləri Bakanlığı rəisi, elan etdi: "Bu toplantının əsas məqsədi dinlərin adını ləkələmək istəyən ünsürlərlə mübarizədir. Hansı ki, bu dinlər dünyaya sülh və təhlükəsizlik gətiriblər. Amma bu gün sülh üçün xətər olaraq tanıtdırılırlar".  



1450558

Teqlər: türkiyə ، diyanət ، amerika ، afrika
captcha