IQNA

Rusiya müsəlman jurnalistlərin yetişdirilməsinə daha çox maraqlıdır

22:52 - September 19, 2014
Xəbər sayı: 1451455
Beynəlxalq qrup: Kazan şəhərinin "Rusiya İslam Müəssisəsi" müsəlman jurnalistlərin təlim-tərbiyəsi və peşəkar jurnalist kimi yetişdirilməsi üçün xüsusi təlim kursları keçirir. Bu isə Rusiyanın müsəlman jurnalistlərin yetişdirilməsinə daha çox maraqlı olduğunu göstərir.


 İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "islam.ru" xəbər agentliyinin internet səhifəsinə istinadən verdiyi xəbərə görə Rusiya Federasiyasında Tatarıstanın paytaxtı olan Kazan şəhərinin "Rusiya İslam Müəssisəsi" müsəlman jurnalistlərin təlim-tərbiyəsi və peşəkar jurnalist kimi yetişdirilməsi və həmçinin jurnalistlərin İslam tarixi, İslam mədəniyyəti və İslam elmlərini dərindən öyrənməsi üçün xüsusi təlim kursları keçirir. Bu isə Rusiyanın müsəlman jurnalistlərin yetişdirilməsinə daha çox maraqlı olduğunu göstərir.



Kazanın "Rusiya İslam Müəssisəsi" İslam elmlərində ixtisaslanmış müsəlman jurnalistlər yetişdirilməsinin əhəmiyyətini nəzərə alaraq, dəqiq və təsirli təlimatlandırma məqsədi ilə bu təlim kurslarını təşkil etmişdir.



Bu təlim kurslarında Rusiyanın "Rusiya İslam Müəssisəsi"nin tələbələri, KİV-lərin dini və İslami bölmələrinin jurnalsitləri və dini təşkilatların əməkdaşları iştirak edirlər.



1450944      

captcha