İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Qətər çapı olan “əl-Ərəb” qəzetinin internet səhifəsinə istinadən verdiyi xəbərə görə Qətərdə “Ənsari” Quran Elmləri kompleksinin açılış mərasimi keçirilib. “Ənsari” Quran elmləri kompleksinin idarəetmə şurasının rəisi Məhəmməd bin Abdullah Ənsari bu barədə açıqlama verərək deyib: Bu Quran mərkəzi sahəsi 5 min kv.metr olan ərazidə və Qətər riyalı ilə 25 milyonluq büdcə xərclənərək təsis olunub və tikilib. Bu kompleks Qətərin paytaxtı Duhenin “Həyəviyyə - حیویة” regionunda yerləşir.
O əlavə edib: “Ənsari” Quran Elmləri kopleksi dini, elmi, mədəni, tərbiyəvi və Qurani bir mərkəz olacaqdır ki, Quran və İslam maarifini yaymağı özünün fəaliyyətlərinin ön planında və əsas hədəflərindən qərar verəcəkdir.
Məhəmməd bin Abdullah Ənsari vurğuladı: Quran hifzi mərkəzi, ümumi kitabxana, toplantı salonu, İslami mütaliələr mərkəzi və s… kimi işlər bu Quran mərkəzinin fəaliyyətlərindən olacaqdır.