IQNA

Ərəbistan Beynəlxalq Quran Yarışlarına start verdi

9:40 - November 16, 2014
Xəbər sayı: 1473608
Beynəlxalq qrup: Səudiyyə Ərəbistanı dünən, 15 noyabar 2014-cü il tarixində müqəddəs Məkkə şəhərində "Beytul-Həram"da Quran-Kərimin hifz, qiraət və təfsiri üzrə beynəlxalq yarışlarına start verdi.

 

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Ərəbistan çapı olan "Ukaz" qəzetinə istinadən verdiyi xəbərə görə Səudiyyə Ərəbistanı ölkənin İslami İşlər və Vəqflər Nazriliyinin təşəbbüsü ilə dünən, 15 noyabar 2014-cü il tarixində müqəddəs Məkkə şəhərində "Beytul-Həram"ın eyvanlarında Quran-Kərimin hifz, qiraət və təfsiri üzrə beynəlxalq yarışlarına start verdi. Yarışlar Noyabr ayının 19-dək davam edəcəkdir.

Yarışlar Quran-Kərimin təcvid və gözəl səslə oxunuş şərti ilə bütün Quran, 15 cüz və 5 cüz hifzi, peşəkar qiraət və tilavət və Quranın təfsiri ixtisasları üzrə keçiriləcəkdir. Quranın 5 cüzünün hifzi üzrə yarışlar əsasən qeyri-İslami ölkələrdən gələn yarışçılar arasında keçiriləcəkdir.

Qeyd edək ki, bu yarışlar tarixində ilk dəfədir ki, Məscidul-Həramın (Kəbə) eyvanlarında keçiriləcəkdir. Buna görə də bu yarışlar bu dəfə daha çox elmi dairələr və mətbuatın diqqət mərkəzindədir.    

Quran yarışlarının 36-cı turunda 59 ölkədən 138 nəfər iştirak edir. 

1473128

Teqlər: quran ، ərəbistan ، məkkə ، tur ، beynəlxalq
captcha