İQNA İslam Quran xəbər agentliyi İc-el informasiya mərkəzinə istinadən bildirir ki, bayram mərasimi Qurani-Kərimin tilavəti ilə başlayıb. Mərasimdə peyğəmbərin şəninə təvaşihlər oxunub. Mərkəzin mədəniyyət işləri üzrə məsulu Xosrəvi çıxış edib, müsabiqə keçirilib. Tədbirin davamında İslam mərkəzinin rəisi cənab Muizi çıxış edib. Muizi öz çıxışında tövhid mövzusuna xüsusi yer verib, bu mövzunu peyğəmbərin ilk çağırışı kimi yada salıb. Sonda məddah Mövlayi çıxış edib.