IQNA

Müsəlman-xristian şurasının İsrail rejiminə xəbərdarlığı

16:22 - July 28, 2010
Xəbər sayı: 1963478
Beynəlxalq sektor: İki gün öncə Müqəddəs Qüds şəhərinin müsəlman-xristian şurası sionist rejimin Qüdsdə yəhudiləşdirmə siyasətinə qarşı bəyanat yayıb.
İQNA İran Quran İnformasiya Agentliyi Sebanet mənbəsinə istinadən bildirir ki, Müsəlman-sristian şurasının baş katibi Həsən Xatir bəyanatla bağlı deyib: “Müşahidələrdən aydın olur ki, işğalçı qüvvələr əl-Xəlil girişindən başlayaraq böyük çalalar qazmaqla yəhudiləşdirmə layihəsini həyata keçirirlər.”
Həsən Xatir bildirib ki, bütün bu addımlar şəhərdən mühacirəti güncləndirir. Baş katib bütün müsəlman və ərəb təşkilatlarına müraciət edərək işğalçı İsrail regiminin yəhudiləşdirmə siyasətinə qarşı müqavimətə çağırıb.

621953
captcha