IQNA

ABŞ-da Quran Yayımı günü

15:41 - August 01, 2010
Xəbər sayı: 1965255
Beynəlxalq sektor: ABŞ İslam Əlaqələri Şurası Florida kilsəsinin “Quranyandırma günü” təşəbbüsünə cavab olaraq, “Quran Yayımı günü” təyin edib.
İQNA İran Quran İnformasiya Agentliyi BƏƏ-nin əl-Xəlic qəzetinə istinadən bildirir ki, Florida ştatının Cekson Vil şəhər kilsəsinin “Quranyandırma günü” təşəbbüsünə cavab olaraq, “Quran Yayımı günü” təyin edilib. Bu cavab addımı ABŞ İslam Əlaqələri Şurası tərəfindən atılıb. Şuranın mətbuat xidmətindən bilirilib ki, 11 sentyabra təyin edilmiş Quranyandırma günü adlı təxribatçı aksiyaya cavab olaraq ABŞ sakinlərinə 100 min cild Quran-Kərim paylanacaq.

624227
captcha