İQNA İran Quran İnformasiya Agentliyi Malaziyanın Bernama agentliyinə istinadən bildirir ki, Malaziya Mədəniyyət və İnformasiya naziri ölkədə keçirilən Quran və İslam incəsənəti mərasimində deyib: “İslamda əsas incəsənət növlərindən olan xəttatlıq birbaşa Quranla bağlıdır. Xəttatlığa maraq insanı Qurani-Kərim xəzinəsinə yaxınlaşdıra bilər.“ Müsəlmanlar arasında rabitələrin genişlənməsinə xidmət edən mərasim 12 gün davam edəcək.
625047