İQNA İran Quran İnformasiya Agentliyi Beynəlxalq Cameətul-Mustafa Universitetinin tələbəsi seneqallı Daud Tal Seyyidi ilə söhbətləşib. 18-ci Beynəlxalq Qurani-Kərim sərgisində Seneqalı təmsil edən gənc bildirib ki, onlar bu günədək hazırkı qəbildən tədbirlərə qatılmayıblar və bu səbəbdən dəyərli əsrələri dünya müsəlmanlarının ixtiyarına verilməyib. O qeyd edib ki, bu nümayişlərdə iştirak Seneqal müsəlmanlarını öz əsərlərini dünyaya tanıtdırmaq imkanı yaradır. Gənc tələbə nümayişə qatılmalarını öz alimlərinin dualarının qəbulu kimi qiymətləndirib.
629216