IQNA

13:37 - August 15, 2010
Xəbər sayı: 1973750

Qahirədə ən böyük İslam incəsənət işləri muzeyi açılıb

Beynəlxalq sektor: Səkkiz il ardıcıl təlaşlardan sonar Misir paytaxtında dünyanın ən böyük İslam incəsənət muzeyi açılıb.

İQNA İran Quran İnformasiya Agentliyi Fransanın AFR mənbəsinə istinadən bildirir ki, ötən gün Qahirədə açılmış incəsənət muzeyinin 25 salonunda 2500 dəyərli iş nümayiş etdirilir. 2003-cü ildə tikintisinə başlanılmış muzeydə Misirin milli və dini incəsənət işlərini dünyaya tanıtdırmaq nəzərdə tutulur. Museyin ən dəyərli eksponatları arasında Kəbənin qızıl açarı, hicri 697-ci ilə aid dinar, nadir Quran nüsxələri, qədim İran xalçaları var.

633326
captcha