IQNA

14:02 - September 04, 2010
Xəbər sayı: 1987028

İslam Partiyasinin sədrinə 8 gün həbs cəzasi verilib

Beynəlxalq şöbə: Azərbaycan siyasi tarixində ilk dəfə olaraq bir partiya sədrinə dinc aksiyada iştirak etdiyi üçün 8 günlük həbs cəzası verilib

İQNA Quran Xəbər Agentliyi: Azərbaycan siyasi tarixində ilk dəfə olaraq bir partiya sədrinə dinc aksiyada iştirak etdiyi üçün 8 günlük həbs cəzası verilib.
Bakıda Qüds günü münasibəti ilə aksiya da iştirak edən Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədov və digər 7 nəfər həbs ediliblər.
Əsassız yerə həbs edilən 8 nəfərə 8-10-12 və 15 günlük cəza kəsilib.
Qeyd edək ki, bu cür həbs qərarı Azərbaycan siyasi tarixində ilk belə haldır. Dinc aksiyalar zamanı indiyə kimi heç kəs nə saxlanılmayıb, nə də ki, azadlıqdan məhrum edilməyib.
captcha