İQNA Quran agentliyinin Maleziyanın Bernama agentliyinə istinadən məlumatına əsasən, Maleziya təhsil nazirliyi ötən gün bəyanat yayaraq bildirib ki, İslam ölkələrin təhsil nazirlərinin beşinci iclası Maleziyanın təhsil nazirliyi, İslam Konfrans Təkilatı (İKT) və İslami mədəniyyət, elm və təhsil təşkilatının (İSESCO) dəstəyi ilə keçiriləcək.
Üç günlük konfransda İslam dünyasında elmi araşdırmalar və ali təhsillə bağlı məsələlər araşdırılacaq. İslam ölkələrinin təhsil sistemindəki problemlər və eləcə də ali təhsil və elmi araşdırmaların səviyyəsini artırılması yolları müzakirə olunacaq.
Konfransda Maleziyanın təhsil naziri və baş nazirin müavini Mühyəddin Yasin də iştirak edəcək.
İslami ölkələrdə elm və texnologiya sahəsində qadınların potensialı məsələsi də araşdırılacaq. Konfransda İslam dünyası ölkələrinin atlasının hazırlanması, müsəlman ziyalı qadınlar televiziya kanalının açılması, nanotexnologiyasının islami ölkələrdə inkişafı yolları da müzakirəyə çıxarılacaq. 671224