IQNA

Əl-Əzhərin şeyxi Şiələrin kafir olması ilə bağlı yayımlanan televiziya verilişlərini pisləyib

8:51 - October 18, 2010
Xəbər sayı: 2014740
Beynəlxalq şöbə: Əl-Əzhər universitetinin şeyxi Əhməd Əl-Teyib bəzi peyk televiziyalarının Şiələrin kafir olması haqda məlumatlarını pisləyib və deyib ki, Şiələr və Sünnilər arasında ixtilaf yaratmaqdan əsas məqsəd siyasi sui-istifadələr etməkdir.
İQNA Quran agentliyi “Misraviyə” saytına istinadən məlumat verir ki, Əhməd Əl-Teyib Livanın “ƏL-Nəhar” qəzeti ilə müsahibəsində bildirib kİ, Qurani Kərimdə və Peyğəmbərin (s) sünnətində şiələrin kafir olmasına dair heç bir sübut yoxdur.
Əl-Teyib deyib ki, şiələri kafir adlandırmaqdan məqsəd şiə və sünnilər arasında ixtilaf yaratmaq və ondan siyasi məqsədlər üçün istifadə etməkdir. Necə ki, bu proses 4 məzhəb arasında da baş verib.
“Bizim şiələrlə bütün ixtilaflı məsələmiz imamət məsələsidir”, -deyə Əl-Əzhərin şeyxi deyib. O əlavə edib ki, biz şiələrin arxasında namaz qılırıq və bəzi şaiyələrin əksinə olaraq şiələrdə digər islami məzhəblərdən fərqli Quran yoxdur.
ƏL-Teyib deyib ki, mən müsəlmanlar olan hər bir yerə səfər etməyə hazıram və əgər İraqa səfər etsəm Nəcəf şəhərini yəqinliklə ziyarət edəcəyəm. Ümid edirəm bu səfər İraqda yeni hökumət təşkilindən sonra baş tutacaq. 675570
captcha