İQNA Quran agentliyi “İSESCO” saytına istinadən məlumat verir ki, bu konfrans İslami təhsil, elm və mədəniyyət təşkilatı (İSESCO) və İKT-nin dəstəyi ilə keçirilir. Konfransın keçiriləməsindən məqsəd “İslam xalqlarının uğuru üçün texnologiya, araşdırma və təhsil sahəsinin inkişaf etdirilməsidir”.
Konfransın açılış mərasimində Maleziyanın sabiq baş naziri Mahatir Məhəmməd və Maleziyanın təhsil naziri Mühyəddin bin Hacı Məhəmməd Yasin çıxış ediblər. Konfrans mədəniyyətlər və sivilizasiyalar arasında danışıqların təşkilini təmin edəcək. Konfransda İslam dünyası ölkələrindən 43 ölkənin nümayəndəsi ali təhsil, elmi araşdırmalar və texnologiyalar sahəsində öz proqramları haqda çıxışlar edəcəklər.
Konfrans oktyabr ayının 22-də sona çatacaq. İslam Ölkələrinin təhsil nazirləri iki əhəmiyyətli sənədi “Yeni texnologiyalarda son dəyişikliklər və İslam ölkələrinin bu sahədə öhdəlikləri” və İslami ölkələrdə Nanotexnoloigiyanın inkişaf etdiriləməsi yolları” haqqında bu konfransda müzakirəyə çıxaracaqlar.
Konfrans çərçivəsində həmçinin İslami ölkələrdə elm və texnologiyanın inkişafında qadınların rolu mövzusunda dəyirmi masa keçiriləcək. Eləcə də İslam ölkələrinin elmi nailiyyətlərini nümayiş etdirən sərgi təşkil olunacaq.
İslam Konfransı Təşkilatına üzv ölkələrin təhsil nazirlərinin birinci iclası 2000-ci ildə Səudiyyə Ərəbistanında, ikinci 2003-cü ildə Liviyada, üçüncü 2006-cı ildə Kuveytdə və dördüncüsü 2008-ci ildə Azərbaycanda keçirilib. 678299