İQNA Quran agentliyi “ntvmsnbc”-yə istinadən məlumat verir ki, Nahid Nəneşi Kandada yaşayan Tanzaniyalı müsəlmandır. Nəneşi Kalgeri şəhərində icra başçısı seçilmək üçün daha iki namizədlə rəqabət edərək qəlbə qazanıb.
Nəneşi həmçinin eləyə bilib Kanada tarixində ilk dəfə mühacir azlıqları ictimaiyyətinin bir üzvi kimi və bir müsəlman kimi bu ölkənin böyük şəhərlərinin birində yüksək siyasi vəzifəyə seçilib.
Nəneşi universitet müəllimidir və 38 yaşı var. “Nəneşi öz ofisində işlərə nəzarət etmir, əhali arasında yaşayır” şüarı onun seçkilərdə əsas şüarı idi və bu şüarla Nəneşi eləyə bildi digər rəqiblərini geridə qoysun.
“Müsəlmanlar digər ölkələrdə yüksək vəzifədə işləmək üçün çoxlu çətinliklərlə üzləşir. Indi Kanada ictimaiyyətində bu şərait yaranıb və biz özümüzü göstərməli və islami dəyərləri tanıtdırmalıyıq”, -deyə Kanda İslami Konqresinin sədri Zİyad Deliç deyib.
Nəneşi uşaqlıq dövründə Kandaya mühacirət edib . O ABŞ-ın Harvard universitetində təhsil alıb və bir neçə il ticarət məsələləri üzrə müşavir işləyib.
Kalgeri şəhəri Kanadanın iqtisadi əhəmiyyətli şəhərlərindən biridir. Bu şəhərin əhalisi 1 milyon nəfərə yaxındır.
679142