IQNA

Almaniyalı zəvvarların ilk qrupu Məkkəyə yola düşüb

23:55 - November 03, 2010
Xəbər sayı: 2025294
Beynəlxalq şöbə: Almaniyalı zəvvarların ilk qrupu noyabrın 2-də Məkkəyə yola düşüb.
İQNA Quran agentliyi Türkiyənin “Zaman” qazetinə istinadən məlumat verir ki, Türkiyənin diyanət təşkilatının “İslam-Türkiyə birliyi” (DİTİB)Almaniyalı zəvvarların ilk qrupunu Məkkəyə yola salıb.
Berlin əyalətinin dini məsələlər üzrə müşaviri ƏLi Dere və DİTİB-in həcc və ziyarət məsələləri üzrə rəhbəri Əli Özdəmir və Türkiyə konsulluğunun dini məsələlər üzrə müşavir İlhami Ayrancı Almaniyalı zəvvarları Məkkəyə yola salmaq üçün hava limanına gəliblər.
Cari ildə Almaniyadan 5015 nəfər Almaniyadan Həcc ziyarətinə gedəcək. Bu zəvvarları 131 din məsələləri üzrə ekspertlər müşaiyət edəcək. 688021
captcha