İQNA Quran agentliyi İranın Kenyadakı mədəniyyət müşavirliyinə istinadən məlumat verir ki, konfrans Nayrubi universitetinin fəlsəfə və dini araşdırmalar qrupunun dəstəyi ilə təşkil olunur. Konfransda “Quran: yeni elmlərlə əlaqədə əxlaq prinsipləri”, “Quran və təbiətşünaslıq”, “Quran və sağlamlıq”, “Quran və yeni elmlər” , “Quran və aviasiya və kosmos”, “Quran və iqtisadi ədalət, digər iqtisadi sistemlərlə müqayisə” , “Quran və ekologiya”, “Quran və bəşərin üzləşdiyi problemlər”, “Quran və dinlərarası əlaqələr” və “Fəlsəfi baxışdan Quran” kimi mövzular müzakirəyə çıxarılacaq.
Konfrans İngilis dilində keçiriləcək. Konfransa qatılmaq istəyənlər İranın Kenyadakı səfirliyinin mədəniyyət müşavirinin ofisinə (iranlib@yahoo.com) email adresə öz məqalələrini göndərməlidir.
Göndərilən məqalələri araşdırmaq üçün komitə yaradılıb. Komitə məqalələri araşdıraraq ən yaxşısını konfransda çıxış etmək üçün seçəcək. 694317