IQNA

İstanbul “Zeynəbiyyə” məscidində Qurban bayramı namazı qılınacaq

16:13 - November 14, 2010
Xəbər sayı: 2031925
Beynəlxalq şöbə: Türkiyə şiələrinin İstanbuldakı “Zeynəbiyyə” məscidində noyabrın 16-da Qurban bayramı namazı qılınacaq.
İQNA Quran agentliyi “Zeynebiye” saytına istinadən məlumat verir ki, Zeynəbiyyə məscidinin təhsil və mədəniyyət mərkəzi bəyanat yayaraq Qurban bayramı namazının noyabrın 16-da səhər saat 7-də Əhli-Beyt (ə) sevənlərin iştirakı ilə keçiriləcəyini elan edib.
Bəyanatda bildirilir ki, ümid edirik Qurban bayramı namazında da Fitir bayram namazında olduğu kimi möminləri iştirakı Türkiyə şiələrinin daha da başı ucalığına səbəb olacaq. Cari ildə Fitir bayramı namazında Zeynəbiyyə məscidində 10 min nəfər namazda iştirak edib.
Zeynəbiyyə məscidinin tikintisi hələlik tamamlanmayıb. Bu məscid Avropanın ən böyük ibadət ocağı hesab olunur. 694091
captcha