IQNA

Iraq məktəbliləri üçün Quran yarışması keçirilib

21:39 - November 20, 2010
Xəbər sayı: 2034616
Beynəlxalq şöbə: İraq məktəbliləri üçün Qurani Kərim yarışması keçirilib. Yarış noyabrın 19-da Nəcəf şəhərində təşkil olunub.
İQNA Quran agentliyi “Əl-Nəcəf-Əl-Əşrəf” xəbər saytına istinadən məlumat verir ki, Nəcəf Əşrəf şəhərinin “Mehrab şəhidi” müəssisəsinin təşəbbüsü ilə keçirilən yarışlarda orta məktəb şagirdləri iştirak ediblər.
Yarışda “Müslim bin Əqil (ə)” məktəbi, “Şəhid Adil Nasir” məktəbi və digər bir neçə məktəbdən şagirdlər qatılıb və Quran haqda məlumatlar sahəsində suallar məktəblilərdən soruşulub.
Mehrab şəhidi müəssisəsinin maliyyə şöbəsinin rəhbəri Hazim Əl-Həlu yarışların bağlanış mərasimində çıxış edərək məktəblilərin bu növ yarışlarda iştirak etməsini onların Quran sahəsində maarifləndirilməsinə kömək edəcəyini deyib. Sonda yarışlarda fərqlənmiş məktəblilərə hədiyyələr verilib. Quran yarışması ilə yanaşı elmi və mədəni sahədə də yarışlar keçirildi və məktəblilər bu sahələrdə də öz bacarıqlarını nümayiş etdirdilər. 697898
captcha