IQNA

Türkiyədə “Aşuranın hüzün yarpaqları- 2010” adlı kitab çap olunacaq

23:50 - November 27, 2010
Xəbər sayı: 2038435
Beynəlxalq şöbə: Türkiyədə “Zeynəbiyyə” gənclər birliyinin təşəbbüsü ilə “Aşuranın hüzün yarpaqları-2010” adlı kitab məhərrəm ayının sonunda çap olunacaq.
İQNA Quran agentliyi “Zeynəbiyyə” saytına istinadən məlumat verir ki, kitabda həzrət İmam Hüseyn (ə) və Kərbəla şəhidləri haqqında seçilmiş şer, ədəbi yazılar və məktublar toplanıb.
Kitabın birinci nüsxəsi 2007-ci ildə “Sizdə də səhifə olsun” adı ilə çap olunub. Birinci nüsxədə İmam Hüseyn (ə) və Aşura haqqında dünyanın müxtəlif ölkələrində yazılmış məktubalr yer alıb. Zeynəbiyyə birliyinin üzvləri məscid və şiələrin toplaşan mərkəzlərdə sandıq quyaraq maraqlananların Aşura hadisəsi ilə bağlı ürək sözlərini onlara göndərməsini isyətiblər.
Dünyanın müxtəlif ölkələrindən müsəlmanlar asuraninhuzunyapraklari@hotmail.com electron ünvanına İmam Hüseyn (ə) və Kərbəla hadisəsi ilə bağlı yazılarını kitabda çap olmaq üçün göndərə bilərlər.
Kitab əslində dünyanın müxtəlif ölkələrindən İmam Hüseyn (ə) sevənlərin təlifidir. Onlar öz yazıları ilə Seyyidüş-Şühədanın şəhadət matəmini ürəklərdə yaşadırlar. 702202

captcha