İQNA Quran agentliyi Fransanın AFP agentliyinə istinadən məlumat verir ki, Yunanıstan hökuməti Afina şəhərinin mərkəzinə yaxın sabiq hərbi dəniz qüvvələri qərargahının yerində 6 ay ərzində müvəqqəti bir məscid tikəcək. Hökumət həmçinin 2012-ci ilədək elə həmin yerdə 500 nəfərlik ilk böyük məscidi inşa edəcək.
Yunanıstanda yaşayan hindistanlı, Afriqalı və Ərəb ölkələrindən olan müsəlmanlar neçə illərdir bu ölkədə məscidsiz və eləcə də müsəlmanlara aid qəbirstansız yaşayırlar. Yunanıstan hökuməti bir neçə ildir məscidin tikintisinə söz versə də öz vədlərinə əməl etməyib. Afina şəhər müsəlmanları indiyədək namaz qılmaq üçün yerlər icarə götürürdi.
Qeyd edək ki, Qurban bayramı namazı qılınarkən Afina müsəlmanları digər irqçi və millətçilər tərəfindən təhqir olunub.707001