İQNA Quran agentliyinin "Palestine Info" saytına istinadən məlumat verir ki, Ərəb Araşdırmalar Birliyinin sonuncu araşdırmasına əsasən, sionist rejimi ötən illər ərzində Fələstində 995 evi dağıdıb və aralarında 3109 uşağ olan 5783 Fələstinlini Qüdsün işğal olmuş ərazisindən çıxarıb. Bu məlumatlar Ərəb Araşdırmalar Birliyinin çap etdiyi "İşğalda Beytul-Müqəddəs" adlı kitabda yazılıb.
Kitabda yazılıb ki, Şərqi Qüdsün işğalından sonra 1967-1984-cü illər arasında bu ərazidə Fələstinlilərin heç birinə tikinti işləri aparmaq üçün lisenziya verilməyib. 2008-2009-cu illər ərzində isə Fələstinlilərə tikinti işləri aparmaq üçün təkcə 33 lisenziya verilib. Kitabda Fələstinlilərin evlərinin dağıdılması , Ərəb Birliyinin bu məsələyə reaksiyası haqda qısa məlumat verilib. Yazılıb ki, sionistlər 2000-ci ilədək Qüds şəhərində 1000 Fələstinlinin evini dağıdıblar. 709285