IQNA

Fransanın Lion şəhərində "Fransada İslam və Dini dəyərlərin yaşadılması" adlı konfrans keçiriləcək

0:37 - December 10, 2010
Xəbər sayı: 2045165
Beynəlxalq şöbə: Fransanın Lion şəhər məscidində dekabrın 16-da "Fransada İslam və Dini dəyərlərin yaşadılması" adlı konfrans keçiriləcək.
İQNA Quran agentliyi " mosquee-lyon" saytına istinadən məlumat verir ki, konfransda Fransanın "Əl-Ğəzali" müəssisəsində İmam Camatların öyrədilməsi və İslami elmlər üzrə müəllim Christian Lochon və Aralıq dənizi və Orta Şərq-Tədqiqat İnstitutunun üzvi və beynəlxalq məsələlər üzrə ekspert Bakary Sambe də iştirak edəcəklər.
Son on il ərzində Fransada İslam dininin nüfuzu artıb. Konfransda Fransanın müasir cəmiyyətində İslamın rolu, bu ölkədə müsəlmanların vəziyyəti, digər din mənsublarının İSlam haqda fikirləri, məzhəblərarasında yaxınlaşmanın yolları və dini rəhbərlər arasında dialoqun təşkili üçün şəraitin yaradılması kimi məsələlər müzakirə olunacaq. 709252
captcha