IQNA

“Peyğəmbərin həyatına bir baxış” kitabı Peştu dilində çap olunub

0:20 - December 15, 2010
Xəbər sayı: 2048162
Mədəniyyət və incəsənət şöbəsi: Şəhid Mütəhhərinin təlif etdiyi “Peyğəmbərin həyatına bir baxış” adlı kitabı Məhəmməd Tariq və Zəbihullah İqbal tərəfindən Peştu dilinə tərcümə olunub və Kabildə çap olunub.
İQNA Quran agentliyi İslami əlaqələr və mədəniyyət təşkilatına istinadən məlumat verir ki, “Peyğəmbərin həyatına bir baxış” kitabı bundan öncə “Peyğəmbərin həyatı” adı ilə çap olurdu. Daha sonra Sədra nəşriyyatı tərəfindən islahat aparılaraq yenidən çap olundu. Bu kitab indiyədək 22 dəfə çap olunub.
Bu kitab üç fəsldən ibarətdir. Birinci fəsil Dibaçə adlanır. Bu fəsildə Şəhid Mütəhhərinin iki məqaləsi çap olunubr. İkinci fəsildə Peyğəmbər (s) həyatına bir baxış adı ilədir. Bu fəsildə şəhid Mütəhhərinin 1974-cü ildə Tehran bazarının came məscidində söhbət etdiyi 8 xütbəsi toplanıb. Üçüncü fəsil isə “qoşma” adlanır. Burada Həzrət Peyğəmbər (s) yaşam tarixi haqda bir xütbə yer alıb.
Peştu dilində bu kitab 1000 tirajla çap olunub. 712721
captcha