İQNA Quran agentliyinin Ria Novosti agentliyinə istinadən məlumatına əsasən, Putin hər il keçirilən sual-cavab iclasında bildirib ki, Moskvada yeni bir məscidin tikilməsi üçün proqram hazırdır və bu proqram icra olunacaq.
Bu məscid Moskvanın cənub –şərq regionunda tikiləcək. Bu regionda daha çox Tatarıstandan olan müsəlmanlar yaşayır. Yerli rəsmilər bildirib ki, məscidin tikilməsi üçün qeyri-müsəlman əhali ilə razılaşdırma işləri tamamlanıb.
Hazırda Moskvada 4 məscid var. Bu şəhərdə yaşayan müsəlmanların sayı isə 2 milyon nəfər təkil edir. 713253