IQNA

İslam Radiolar Birliyinin Baş Assambleyasının ilk iclası Səudiyyə Ərəbistanda keçiriləcək

16:04 - December 21, 2010
Xəbər sayı: 2051181
Beynəlxalq şöbə: İslam Radiolar Birliyinin Baş Assambleyasının ilk iclası dekabrın 22-də Səudiyyə Ərəbistanın Ciddə şəhərində keçiriləcək.
İQNA Quran agentliyinin Yəmənin Sebanet saytına istinadən məlumatına əsasən, bu iclasa sədrliyi Səudiyyə Ərəbistanın Mədəniyyət və İnformasiya naziri və İslam Radiolar Birliyinin İcraçı Şura sədri Əbdül-Əziz Xucə edəcək. İclasda İcraçı Şurasının sədrinin məruzəsi, Bİrliyin baş direktorunun maliyyə sahəsindəki məruzəsi, Birlik üçün yeni qaydaların təsdiqi, Birliyin nizamnaməsinin yenidən müzakirəsi və 2011-ci il üçün birliyinin büdcə layihəsinin hazırlanması kimi məsələlər müzakirə olunacaq.
İslam Radiolar Birliyinin katibliyi Səudiyyə Ərəbistanın Ciddə şəhərində yerləşir.715082
captcha