Elm və təfəkkür şöbəsi: İran İslam Respublikasının konistitusiyası daha 10 dilə tərcümə olunub. Beləliklə islam ölkəsinin konistitusiyası dünyanın 41 dilinə tərcümə olunub. Yeni tərcümə olunmuş dillər peştu, gürci, qırğız, filipin, kürd , özbək və digər dillərə də tərcümə olunub.
İQNA Quran agentliyinin İslami əlaqələr və mədəniyyət təşkilatına istinadən məlumatına əsasən, bu tərcümə İslami əlaqələr və mədəniyyət təşkilatının Əl-Huda beynəlxalq nəşriyyatı və incəsənət və mədəniyyət müəssisəsi tərəfindən yaxın günlərdə çap olunacaq.
Konistitusiyanın tərcüməsindən məqsəd müxtəlif ölkələrin universitet tələbələri, siyasətçiləri, ziyalıları və alimlərinin İslam Respublikasının strukturu ilə tanışlığını təmin edilməsi məqsədi ilə müxtəlif dillərə tərcümə olunub. 717751