IQNA

23:39 - January 02, 2011
Xəbər sayı: 2057574

Fransa Müsəlmanlar Şurası dünya xalqlarını terrorizmlə mübarizədə birləşməyə çağırıb

Beynəlxalq şöbə: Fransa Müsəlmanlar Şurası (CFCM) ötən gün bəyanat yayaraq Misirdə baş verən terror aktını pisləyərək dünya xalqlarıı terrorizmlə mübarizədə birləşməyə çağırıb.

İQNA Quran agentliyi “lecfcm” saytına istinadən məlumat verir ki, Fransa Müsəlmanlar Şurasının sədri Məhəmməd Musəvi İsgəndəriyyə şəhərində kilsə yaxınlığında baş vermiş terror aktını pisləyərək bu kimi hərəkətləri vəhşilik adlandırıb.
Bəyanatda bildirilir ki, CFCM yeni il axşamı baş vermiş bu hadisədən təssüfləndiyini bildirir və dünyada sülh tərəfdarlarının hamısını ədalətsizlik və terrorizmlə mübarizədə birləşməyə çağırır.722465

captcha