IQNA

“Şeyx Zaid” məscidinin maketi Malazya islami muzeyində sərgilənir

21:21 - January 05, 2011
Xəbər sayı: 2059727
Beynəlxalq şöbə: Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhər “Şeyx Zaid” məscidinin maketi Malazya İslami muzeyində sərgilənir.
İQNA Quran agentliyinin “WAM” saytına istinadən məlumatına əsasən, “Şeyx Zaid” məscidinin muzeydə sərgilənməsi məqsədi ilə rəsmi mərasim keçirilib. Mərasimdə BƏƏ-nin Malazyadakı səfiri Nasir Səlman Əl-Əbudi, Şeyx Zaid məscidinin rəhbərliyi və Malazya İslami incəsənət Muzeyinin icraçı direktoru iştirak edib.
Qeyd edək ki, Malazya İslami incəsənət muzeyində 7 mindən çox islami əsər saxlanılır. Muzeyin nəzdində 1998-ci ildə İslami sənət əsərlərinə aid kitabxana fəaliyyət göstərir. 724801
captcha