IQNA

ABŞ-da “ABŞ İslami sənət əsərləri” mövzusunda sərgi təşkil olunub

10:43 - January 20, 2011
Xəbər sayı: 2067762
Beynəlxalq şöbə: ABŞ-ın Şikaqo şəhəri yaxınlığında yerləşən “EAG” qalereyasında “ABŞ İslami sənət əsərləri” mövzusunda sərgi təşkil olunub.
İQNA Quran agentliyinin “İslam Today” saytına istinadən məlumatına əsasən, sərgi yanvarın 11-dən fəaliyyətə başlayııb və sərgidə Almaniyanın müsəlman incəsənət xadimi Maykl Klas İşmistin rəsm əsərləri sərgilənir.
“Yeni bir rəsm əsəri janrı çəkmək istəyirəm və həmin əsərin adını ABŞ İslami sənət əsəri qoymuşam”, –deyə İşmit sərginin təşkili ilə bağlı açıqlamasında deyib.
O əlavə edib ki, bu əsərlərin yaradımasında İslami qaydalar və sənət incəliklərindən istifadə etmişəm. Sərgi fevral ayının 11-ə kimi davam edəcək. 733336
captcha