İQNA Quran agentliyinin “Balkans.com” saytına istinadən məlumatına əsasən, bu konfrans İslami bankçılıq sahəsində çalışan mütəxəssislər arasında məlumat mübadiləsi məqsədi ilə təşkil olunur. İKT-yə üzv ölkələrin Mərkəzi Banklarının rəisləri və digər islami maliyyə müəssisə və banklarının rəhbərləri konfransda iştirak edəcək.
İslami Bankçılıq sənayesində işlərin gedişatının araşdırılması, dünya maliyyə bazarında müvəffəqiyyət amilləri, islami bankçılığın inkişaf etdirilməsi yolları və digər məsələlər müzakirə olunacaq. Konfransda 800 nəfər o cümlədən bank rəisləri, mütəxəssislər, universitet müəllimləri, tacirlər, investorlar və digərləri iştirak edəcəklər. 737988