IQNA

0:18 - February 24, 2011
Xəbər sayı: 2085622

İstanbulda Bəhreyn və Liviya xalqına dəstək mitinqi keçirilib

Siyasi və ictimai şöbə: Türkiyə vətəndaşları ötən gün İstanbulun Taksim meydanında toplaşaraq Bəhreyn və Liviya xalqına dəstək mitinqi keçirib.

İQNA Quran agentliyinin məlumatına əsasən, mitinq “Məzlumder” , Özgürder” və “İHH”-nın təşkilatçılığı ilə keçirilib. Mitinqdə Məmmər Qəzzafinin Liviya xalqına qarşı törətdiyi cinayətlər pislənib və Qəzzafinin şəkilləri yandırılıb.
Mitinq iştirakçıları “Yaşasın Liviya xalqının qiyamı, diktatora ölüm olsün”, “zalimlər odda yanacaq” kimi şüarlar səsləndiriblər.
Qeyd edək ki, ötən gün həmçinin Liviyanın Türkiyədəki səfirliyinin qarşısında etiraz mitinqi keçiriiblər. 752222
captcha