IQNA

Avstraliyada İslam iqtisadiyyatı üzrə konfrans keçiriləcək

23:00 - March 01, 2011
Xəbər sayı: 2088822
Beynəlxalq şöbə: Ərəb Sənaye və Ticarət palatası Avstraliyada İslam iqtisadiyyatı və ticarəti üzrə konfrans keçiriləcək. Konfrans mayın 5-6-da Melbourne şəhərində keçiriləcək.
İQNA Quran agentliyinin “Bernama” saytına istinadən məlumat verir ki, konfransda İslam bankçılığında və maliyyə sistemində fürsətlər və problemlər müzakirə olunacaq. Konfransda Dubay Beynəlxalq Maliyyə Təşkilatının iqtisadi şöbəsinin rəisi Nasir Seyyidi, Dubay maliyyə xidmətləri təşkilatının rəis müavini Əyan Cansen və Melbourne şəhərinin “Latrub” universietinin elmi heyətinin müəllimi İshaq Bəhati çıxış edəcək.
İki günlük konfrans çərçivəsində həmçinin sərgi təşkil olunacaq və sərgidə İslami bankçılıq və maliyyə sistemi ilə bağlı məhsullar sərgilənəcək.755793
captcha