IQNA

İndiyədək 181 növ Quran müxtəlif dillərə tərcümə olunub

21:53 - March 03, 2011
Xəbər sayı: 2089758
Quran fəaliyyətləri üzrə şöbə: Quran Tərcüməçilər Konqresinin ilk iclasının elmi katibi bildirib ki, ölkənin daxilində və xaricində indiyədək 181 növ Quran tərcüməsi var. Bu Quranın tərcüməsi sahəsində qaydaların hazırlanması zərurətini yaradır və yaxın gələcəkdə Quranın tərcüməsi sahəsində qaydalar hazırlanacaq.
İQNA Quran agentliyinin məlumatına əsasən, martın 3-də Qum şəhərində İmam Xumeyni adına ali məktəbdə keçirilən Fars dilli Quran Tərcüməçiləri Konqresinin ilk iclasında çıxış edən höccətul-islam Rzayi İsfahani bildirib ki, Quran tərcüməsi elmi, texniki və sənət baxımından yüksək səviyyədə olmalıdır və bu baxımdan tərcüməçi bütün bu sahələrdə başarıqlı biri olmalıdır.
Ölkədə geniş yayılmış tərcümələrin 50 faizi İslam İnqilabından sonra çap olunub. “İslam İnqilabı ölkədə tərcümə hərəkatına təkan verdi”, -deyə İsfahani deyib.
O əlavə edib ki, Tövrat və İncil kitabları indiyədək dünyanın 2000 dilinə tərcümə olunub. “Vatikan bu müqəddəs kitabların tərcüməsi üçün rəsmi şəkildə təlimat kitabçası paylayıb, biz də bu şəkildə hərəkət etməliyik, baxmayaraq ki, gec olub”, -deyə İsfahani deyib.
İsfahani deyib ki, bu konqres gələcəkdə beynəlxalq səviyyədə keçiriləcək. “Dünyada 5000 –dən çox dil mövcuddur. Tövrat və İncil indiyə kimi 1700 dilə tərcümə olunub lakin Quran indiyə kimi 120 dilə tərcümə olunub”, -deyə İsfahani deyib 757289
captcha