IQNA

“Məqtəl-ül-Hüseyn” kitabı Türkiyədə çap olunub

21:59 - March 07, 2011
Xəbər sayı: 2092046
Mədəniyyət və incəsənət şöbəsi: Əbu Mixləfin Aşura faciəsindən bəhs edən «Məqtəl-ül-Hüseyn» kitabı Türk dilində İstanbulda çap olunub. Əbu Mixləf Aşura faciəsini qələmə alan ilk tarixçilərdəndir.
İQNA Quran agentliyinin məlumatına əsasən, “Məqtəl-ül-Hüseyn” kitabı Türkiyənin “Kövsər” nəşriyyatı tərəfindən “Kərbəla vaqiəsi” adı ilə tərcümə və çap olunub.
Qeyd edək ki, Əbu Mixləfin təlif etdiyi Məqtəl-ül- Hüseyn kitabı (İmam Hüseynin (ə) qətlinin təsvirinə həsr olunmuş bədii əsər) ilk məqtəldir ki, Kərbəla faciəsindən sonra qələmə alınıb. Bu kitab həm də Əbu Mixləf məqtəli kimi də tanınır. Kitabda Kərbəla vaqiəsi və hadisəsi ilə bağlı ən dəqiq məlumatlar dərc olunub. Kitabda Həzrət Seyyid-üş-Şühada (ə) şəhid olma vaqiəsi və digə şəhidlərin şəhid olma anları aşkar şəkildə şərh edilir.
Kitabda Kərbəla hadisəsində şəhid olmuş İmam Hüseyn (ə) dostlarının adları və Aşura hadisəsini nəql edən müxtəlif ravilərin adları cədvəl formasında qeyd olunub.
Kitab Höccətüllah Cudəki tərəfindən Türk dilinə tərcümə olunub.
Qeyd edək ki, Əbu Mixləf ləqəbli Lut bin Yəhya Əl-Ğamidi Əl-Kufinin “Həzrəti Zəhra (s) xütbəsi”, “Siffeyn və Cəməl döyüşləri” və “MƏhəmməd bir Əbu Bəkrin şəhid olma hadisəsi” kimi digər əsərləri də mövcuddur. 758891
captcha