IQNA

İKT Liviya qaçqınlarının vəziyyətini araşdırır

17:57 - March 08, 2011
Xəbər sayı: 2092713
Beynəlxalq şöbə: İslam Konfransı Təşkilatının daimi komitəsi martın 8-də Liviya qaçqınlarının vəziyyətini araşdırmaq məqsədi ilə fövqəladə iclas təşkil edib.
İQNA Quran agentliyinin İKT-nin rəsmi saytına istinadən məlumatına əsasən, fövqəladə iclası İKT baş katibi İkmaləddin İhsanoğlu çağırıb.
İhsanoğlu Liviyada son həftələr ərzində baş verən iğtişaşlardakı zorakılıqların artmasını pisləyib və İKT üzv ölkələri, beynəlxalq təşkilatları bu ölkənin müsəlman xalqına kömək etməyə çağırıb. 758955
captcha