IQNA

Bəhreyndə şiə partiyalar siyasi blok yaradıblar

20:23 - March 09, 2011
Xəbər sayı: 2093390
Beynəlxalq şöbə: Bəhreyndə şiələrin üç siyasi partiyası Bəhreyndə şahlıq rejimini devirmək və respublika rejimi təsis etmək məqsədi ilə “Respublika rejimi naminə blok” yaradıblar.
İQNA Quran agentliyinin “Əl-Aləm” kanalına istinadən məlumatına əsasən, Bəhreyn şiələrinin üç siyasi partiyası “Əl-Vəfa-ul İslami”, “Haqq hərəkatı” və “İhrarul-Bəhreyn hərəkatı” martın 7-də birləşərək “Respublika rejimi naminə blok” yaradıblar.
“Haqq hərəkatı”nın rəhbəri Həsən Müşəymə bu haqda deyib ki, siyasi bloku Bəhreyndəki rejimi devirmək və demokratik respublika rejimi təsis etmək məqsədi ilə yaratmışıq.
Yeni siyasi blokun bəyanatında bildirilir ki, Bəhreynin şah rejimi güc tətbiq etməklə xalq hərəkatını əzmək istədi, indi isə istəyir siyasi fitnə və hiylə ilə xalqı aldadaraq onların istəklərini yerinə yetirməsin.
Qeyd edək ki, Bəhreyndə minlərlə insan Mirvarid meydanında toplaşaraq Şah rejiminin devrilməsini tələb edirlər. Onlar demokratik dövlət istəyirlər. 760873

captcha