IQNA

İstanbulda “Quran anlayışları və Şiə baxışında Quran” adlı elmi konfrans keçirilib

23:15 - March 16, 2011
Xəbər sayı: 2097169
Elm və təfəkkür şöbəsi: İstanbulda “Quran anlayışları və şiə baxışında Quran” adlı elmi konfrans keçirlib. Konfransda İranın İslami Təbliğat Təşkilatının araşdırmlar üzrə rəis müavini Sadat Mənsuri də iştirak edib.
İQNA Quran agentliyinin İslami Əlaqələr və Mədəniyyət Təşkilatı şöbəsinə istinadən məlumatına əsasən, elmi konfrans İran və Türkiyənin Quran elmləri üzrə fəaliyyət göstərən müəssisə və mərkəzlərin əməkdaşlıqlarının artırılması məqsədi ilə təşkil olunub. Konfransda İranın Şəhid Behişti Universitetinin professoru və İranın Quran möcüzələri birliyinin üzvü Məhəmmədrza Fəqihi, İran səfirliyinin mədəniyyət müşaviri Sədiqizadə, İstanbul Universitetinin İlahiyyat fakültəsinin fiqh fakültəsinin dekanı Əbdüləziz Bayndır , Türkiyə Quran anlayışları müəssisəsinin rəisi Xalid Molla oğlu və İstanbul universitetinin digər müəllim və mütəxəssisləri iştirak ediblər.
Konfransın əvvəlində çıxış edən Sədiqizadə bu kimi konfransların keçirilməsinin İran və Türkiyə elmi mərkəzləri arasında əlaqələrin inkişaf etdirilməsinə şərait yaradacağını deyib.
Daha sonra İranın İslami Təbliğat Təşkilatının araşdırmlar üzrə rəis müavini Sadat Mənsuri çıxış edib, şiələrin Qurana baxışı ilə bağlı çıxış edib və deyib ki, təssüflər olsun ki, şiələri yaxından tanımayan bəziləri şiələrin Qurana o qədərdə əhəmiyyət vermədiyini, bu Qurandan başqa Qurana inandıqlarını və ya Quranı təhrif etdikləri ilə bağlı danışırlar. Mənsuri bu kimi şübhələri öz çıxışında cavablandırıb. 765019
captcha