IQNA

Kərzai ABŞ Konqresini Qurana hörmətsizlik edənlərin hərəkətlərini pisləməyə çağırıb

22:57 - April 04, 2011
Xəbər sayı: 2100591
Beynəlxalq şöbə: Əfqanıstan prezidenti Hamid Kərzai ABŞ Konqresindən Florida ştatında kilsələrdən birində Qurana hörmətsizlik edənlərin hərəkətlərini pisləməyə çağırıb.
İQNA Quran agentliyinin “radio sawa” saytına istinadən məlumat verir ki, Kərzai ABŞ-ın Florida ştatında kilsələrin birində Quranın yandırılmasına Əfqanıstanda dörd gün davam edən etiraz mitinqlərindən sonra ABŞ Konqresinə müraciət edib və Qurana hörmətsizlik edənlərin hərəkətlərinin bu konqres tərəfindən pislənilməsini tələb edib.
Ötən gün həmçinin ABŞ prezidenti Barak Obama ölkəsində islamofobiyanın genişlənməsinin qarşısını almağa cəhd etmədiyi bir halda Amerika Birləşmiş Ştatlarının (ABŞ) Florida ştatında Qurani-Kərimin bir nüsxəsinin yandırılmasına münasibət bildirib və onu pisləyib. ABŞ prezidenti yazılı açıqlamasında bu aksiyanı həddən artıq fanatizm adlandırıb.

Əfqanıstanın Qəndəhar şəhərində 10 adamın ölümü ilə nəticələnən Qurının yandırılmasını etiraz olaraq keçirilən aksiyasını münasibət bildirib.
Qeyd edək ki, aprelin 2-dən Əfqanıstanın müxtəlif şəhərlərində minlərlə insan ABŞ-da QUranın yandırılmasına etiraz əlaməti oalaraq mitinqlər keçirir.
Qeyd edək ki, mart ayının 20-də Amerikalı rahib Terri Cons Florida ştatında Dove World Outreach Center kilsəsində kiçik qrupun əhatəsində müqəddəs kitaba od vurub. Onun bu hərəkəti müsəlmanların etirazına səbəb olub. 768365
captcha